“Mahir artıq necə və harada hərəkət edəcəyini bilir”

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze komandanın azərbaycanlı hücumçusu Mahir Emrelinin Almaniya 2-ci Bundesliqasının 18-ci turunun “Karlsrue”yə qarşı matçdakı (2:1) çıxışını şərh edib.

Komanda.az xəbər verir ki, “Nordbayern”-ə danışan almaniyalı mütəxəssis Emreli haqda müsbət fikirlər səsləndirib:

“Mahir cərimə meydançasının daxilində ən azından rəqibin iki mərkəz müdafiəçisinin diqqətini cəlb etməli idi. Tsimas bunu təkbaşına edə bilməzdi. Mahir Emreli güclü oyun nümayiş etdirdi. Onun üçün topun daim nəzarətində olması vacibdir. Əks halda, bu, onun üçün daha çətindir. O, artıq necə və harada hərəkət edəcəyini bilir”.

Emreli “Karlsrue” ilə görüşdə meydana start heyətində meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button