“Yuventus”un ilk seçimi odur
“Yuventus” “Barselona”nın müdafiəçisi Ronald Arauxonu transfer etmək üçün 50 milyon avro ödəmək niyyətindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu hazırda danışıqlara başlamaq üçün kataloniyalılardan cavab gözləyən turinlilərin ilk seçimi olaraq qalır.
“Yuventus”un ikinci variantı “Benfika”nın müdafiəçisi Antonio Silvanın transferidir. Ancaq onun agenti Jorje Mendeş artıq İtaliya təmsilçisinə belə bir keçidin Portuqaliya klubu tərəfindən tamamilə əngəlləndiyini söyləyib.
26 yaşlı müdafiəçinin “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. O, daha əvvəl hazırkı klubundan müqaviləni uzatmaq üçün gələn bir neçə təklifdən imtina edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin