“Mahirin bəxti və ya bəxtsizliyi ondadır ki…” – “Nürnberq” rəsmisi
“Nürnberq”in icraçı direktoru Yoti Hatzialeksiu komandanın azərbaycanlı futbolçusu Mahir Emreli haqda danışıb.
Komanda.az xəbər verir ki, “bild.de” nəşrinə açıqlama verən Almaniya klubunun rəsmisi Emreli haqda bunları deyib:
“Mahirin bəxti və ya bəxtsizliyi ondadır ki, “Miro” (baş məşqçi Miroslav Kloze) özü də keçmiş hücumçudur. Buna görə də, hücum edən oyunçularına yüksək tələblər qoyur. Mahir inkişafı üçün növbəti addımı atmalıdır. Amma o, ruhən güclü biridir. O, hətta bəzən meydanda qeyri-ənənəvi işlər görən sərbəst rəssamdır. Ona görə də, bəzən Mahir 25 metrlik məsafədən hədəfə düşə bilir”.
Mahir Emreli “Nürnberq”lə yayda bir illik müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin