“Real” Qitələrarası kubokun sahibi oldu
İspaniyanın “Real” (Madrid) klubu Qitələrarası kubokun sahibi olub.
Komanda.az xəbər verir ki, “kral klubu” Qətərdə baş tutan həlledici görüşdə Meksikanın “Paçuka” komandasını üstələyib – 3:0.
Madridlilərin heyətində Kilian Mbappe (37), Rodriqo (53) və Vinisius Junior (84) fərqlənib.
“Real” tarixində dördüncü Qitələrarası kuboka sahib çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin