Vlahoviçin arzusu
“Yuventus”un hücumçusu Duşan Vlahoviç “Fiorentina”dan ayrılaraq Turinə necə keçdiyini xatırlayıb.
Komanda.az CBS-yə istinadən xəbər verir ki, serbiyalı futbolçu “Yuventus”a keçmək qərarının düzgün olduğunu düşünür:
“Həyatda bəzən seçim etməli olursan. Düşünürəm ki, “Yuventus”a keçmək qərarım düzgün idi. Belə bir klubda oynamaq mənim arzum idi və çox şadam ki, indi buradayam”.
Turin klubu Vlahoviçi 2022-ci ilin yanvarında “Fiorentina”dan transfer etmək üçün 80 milyon avrodan çox ödəyib. O, həmin vaxtdan bəri burada müxtəlif dərəcələrdə uğur qazanıb.
24 yaşlı futbolçu bütün yarışlarda “Yuventus”un heyətində 119 oyuna çıxıb, 51 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin