AFFA-nın konfransının vaxtı açıqlandı
Martın 4-də, saat 10:00-da AFFA-nın növbəti hesabat konfransı, konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, federasiyanın nizamnaməsinin 29-cu maddəsinə əsasən, konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
– Prezident tərəfindən salamlama
– Yığıncağın tərkibinin yoxlanılması
– İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
– Maliyyə hesabatının təsdiq olunması
– Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
– Növbəti ilin büdcəsinin təsdiq olunması
– Hər hansı vakant vəzifəyə seçkilər
– AFFA üzvlərinin təkliflərinin qəbul olunması
– Digər məsələlər
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin