“Ehtiyat qüvvə ümidləri doğrultdu” – Elmar Baxşıyev

“Araz-Naxçıvan”ın baş məşqçi Elmar Baxşıyev Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Şahdağ Qusar”la oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər vrir ki, o, “Araz-Naxçıvan”ın 4:0 hesablı qələbəyə sevindiyi matçla bağlı bunları söyləyib:

“Bu dəfə Premyer Liqa oyunlarında az və ya heç şans vermədiyimiz futbolçularla meydana çıxdıq. Çünki qarşıda sıx oyun qrafikimiz var. 10 gün ərzində 3 çempionat matçı keçirməliyik. Buna görə də ehtiyat qüvvədən maksimum istifadə etməyə çalışdıq. Onlar da ümidləri doğrultdular. Həm oyun planında verdiyimiz tapşırıqları yerinə yetirməyə çalışdılar, həm də komandanı qarşıya qoyulan məqsədə doğru apardılar. Buna görə futbolçuları təbrik edirəm.
Rəqibimiz də hesaba baxmayaraq, sona qədər mübarizə apardı. Elnur Abdullayevi də yaxşı komanda formalaşdırdığına görə təbrik edirik. Onlara da qarşıdakı oyunlara uğurlar arzulayırıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button