Virts uğrunda yarışa daha bir klub qoşulub

Avropa klubları gələn yay Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Florian Virts üçün mübarizə aparacaq.

Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, “əczaçılar”ın 21 yaşlı futbolçusuna əsas namizədlər “Bayern”, “Real”, “Mançester Siti”, “Barselona” və İngiltərə Premyer Liqasının digər top-klublarıdır.

PSJ də Virts uğrunda yarışa qoşulub. Parislilər hücumameyilli yarımmüdafiəçi üçün 150 milyon avro ödəməyə hazırdır.

Almaniyalı futbolçu cari mövsümdə 11 matçda 6 qol vurub və 1 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun dəyərini 130 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button