Xavi Fliklə görüşdü

“Barselona”nın keçmiş baş məşqçisi Xavi komandanın indiki çalışdırıcısı Hans-Diter Fliklə görüşüb.

Komanda.az xəbər verir ki, Kataloniya klubunun keçmiş baş məşqçisi Fliklə çəkdirdiyi fotonu paylaşaraq, ona ən yaxşısını arzulayıb:

“Sənə ən yaxşısını arzulayıram, Flik! Yaşasın “Barsa”.

“Barselona” hazırda İspaniya çempionatının turnir cədvəlində 1-ci yerdədir. Xavinin keçmiş komandası 9 tura 24 xal (8 qələbə, 1 məğlubiyyət) toplaya bilib.

Kataloniyalılar növbəti matçını oktyabrın 20-də evdə “Sevilya”ya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button