“Keyn bu mövsüm kubok qazanmasa, bu, onun əsəblərini pozmağa başlayacaq”

Karl-Haynts Rummenigge Harri Keynlə bağlı sualı cavablandırıb.

Komanda.az “Bayern & Germany”-ə istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu Keynin əla oğlan olduğunu bildirib:

“Ümid edirəm ki, Harri bu mövsüm kubok qazanar, əks halda bu, tezliklə onun əsəblərini pozmağa başlayacaq. Keyn əla oğlandır, o, “Bayern”də yaxşı çıxış edir, onu burada sevirlər. O, daim qol vurur, əla oyun nümayiş etdirir və biz onun komandamızda oynamasına şadıq”.

İngiltərəli forvard hələ Münhen komandası kubok ilə qazanmayıb. Onun ötən mövsüm Almaniyada debütü uğursuz olub. Belə ki, “Bayern” son 12 ildə ilk dəfə titulsuz qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button