4 klub Virts uğrunda mübarizə aparacaq

Leverkuzen “Bayer”i ötən yay Florian Virtsi heyətində saxlaya bildi. Amma 2025-ci ildə Almaniya millisinin hücumameyilli yarımmüdafiəçisi üçün transfer bazarında yenidən mübarizə alovlanacaq.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçunu transfer etmək üçün 4 böyük klub mübarizə aparır. Bu siyahıya “Arsenal”, “Bayern”, “Mançester Siti” və “Real” daxildir.

“Bayer” futbolçusunun satışından 150 milyon avro qazanmaq istəyir.

Virts ümumilikdə “Bayer”də 161 rəsmi oyun keçirib. Onun hesabında 47 qol və 51 məhsuldar ötürmə var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button