Keyn: “Mən hər dəqiqədən həzz alıram”
“Bayern”in hücumçusu Harri Keyn Münhen klubundakı çıxışını şərh edib.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, İngiltərə millisinin üzvü özünü doğru yerdə hiss etdiyini deyib:
“Mən hər dəqiqədən həzz alıram. Bunu təkcə meydandakı çıxışımda deyil, həm də, komandanın nəticələrində görmək olar. Klubda yenidən xüsusi ab-hava hökm sürür. Özümü doğru yerdə hiss edirəm. Bu, əsasən baş məşqçi Vensan Kompaninin sayəsindədir. Onu bir məşqçi kimi çox bəyənirəm. O, həm lider, həm də məşqçi kimi tanınmış şəxsiyyətdir”.
İngiltərəli forvard 2023-cü ildən “Bayern”də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin