Kloze: “Əminəm ki, Mahir ən azı yarım saat oynaya biləcək”

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze açıqlama verib.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, o, komandada çıxış edən azərbaycanlı hücümçu Mahir Emreli haqda da danışıb:

“Əminəm ki, Mahir Emreli ən azı yarım saat oynaya biləcək. Mahirin əvvəldən oynayıb-oynamayacağını hələlik bilmirəm. Bu, onun üçün erkən ola bilər”.

Azərbaycanlı hücumçu “Ulm” komandasına səfərdə 2:1 hesabı ilə qalib gəldikləri 2-ci Bundesliqanın 5-ci turunun matçında iştirak ərizəsində yer alıb. “Nürnberq” sentyabrın 21-də “Herta”nı qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button