Yunan futbolçu “Roma”ya qayıtmayacaq!
Kostas Manolas “Roma”ya mümkün qayıdışı ilə bağlı məlumatlara cavab verib.
Komanda.az xəbər verir ki, yunan futbolçu sosial şəbəkə hesabındakı paylaşımında “Roma”ya qayıtmayacağını bildirib:
“Mesajlarına görə azarkeşlərə təşəkkür edirəm. Lakin bu məlumatlarda həqiqət yoxdur”.
Manolas 2014-2019-cu illərdə “Roma”da çıxış edib. O, bu müddət ərzində 206 rəsmi oyun keçirib, 8 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu hazırda klubsuzdur.
33 yaşlı müdafiəçi 2023/24 mövsümünün ikinci yarısında İtaliyanın “Salernitana” klubunda forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin