“Sabah” Türkiyədə məkanını dəyişmək məcburiyyətində qaldı
Türkiyədə təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq planında dəyişiklik edilib.
Komanda.az xəbər verir ki, paytaxt klubu sabah hazırda məskunlaşdığı Boludan Qızılcahamama yollanaraq, toplanışın qalan hissəsini burada davam etdirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, yerdəyişməyə güclü yağışlardan sonra Boludakı meydançaların ot örtüyündə yaranmış problem səbəb olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin