“Motta mənə dedi ki, “bizə 70 milyon avro gətirənə qədər getməyəcəksən”
“Yuventus”un hücumçusu Matias Sule komandadakı gələcəyindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İtaliya klubunun baş məşqçisi Tiaqo Mottanın yaxın gələcək üçün ona ümid etdiyini bildirib:
“Motta mənə dedi ki, “bizə 70 milyon avro gətirənə qədər getməyəcəksən”. O, mənim “Yuventus”da qalmağımı və məni yeni mövsüm üçün planlarına daxil etmək istəyir”.
Daha əvvəl “qoca sinyora”nın rəhbərliyinin transfer pəncərəsi bağlanana qədər argentinalı futbolçudan yaxa qurtarmaq istədiyi barədə şayiələr yayılıb.
21 yaşlı hücumçu 2023/24 mövsümünü icarə əsasında “Frozinone”də keçirib. O, İtaliya çempionatında 11 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin