Super Liqada yeni mövsümün püşkü atıldı

Futbol üzrə Türkiyə Super Liqasında yeni mövsümün püşkü atılıb.

Komanda.az xəbər verir ki, “Trabzonspor”un əfsanəvi futbolçusu Cemil Ustanın adının verildiyi 2019/20 mövsümünə avqustun 16-da start veriləcək. İlk dövrə dekabrın 29-da başa çatacaq. İkinci dövrə 2020-ci il yanvarın 17-də başlayacaqsa, mövsümə mayın 17-də baş tutacaq 34-cü turun oyunlarıyla yekun vurulacaq.

Mövsümün açılış turunda son çempion “Qalatasaray”ı elitaya yeni çıxan “Dənizlispor”la səfər oyunu gözləyirsə, “Fənərbaxça” doğma meydanda Super Liqanın digər yeni iştirakçısı “Qaziantepspor”la üz-üzə gələcək. “Beşiktaş” isə “Sivasspor” səfərinə yollanacaq.

Türkiyə Super Liqası
1-ci tur
(16-19 avqust)

Sivasspor – Beşiktaş
Fənərbaxça – Qaziantepspor
Yeni Malatyaspor – Başakşəhər
Gənclərbirliyi – Rizəspor
Kasımpaşa – Trabzonspor
Kayserispor – Alanyaspor
Konyaspor – Ankaragücü
Dənizlispor – Qalatasaray
Göztəpə – Antalyaspor

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button