Adı “Real”la hallanan futbolçu: “Əlimdə etibarlı müqavilə var”

“Bayer”in futbolçusu Florian Virts gələcəyi ilə bağlı sualı cavablandırıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, almaniyalı futbolçu əlində etibarlı müqavilə olduğunu bildirib:

“Hər kəs bilir ki, mənim əlimdə etibarlı müqavilə var. Ona görə də, bu barədə danışmağın vaxtı deyil. Mən “Bayer”də hər şeydən razıyam, burada rahatdır. Hazırda bütün fikirlərim 2024-cü il Avropa çempionatına yönəlib. Qalan şeylər məni maraqlandırmır”.

Futbolçunun adı İspaniyanın “Real” klubu ilə yanaşı hallanırdı.

Virts ötən mövsüm 32 oyun keçirib, 11 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Bayer”lə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button