Azərbaycan millisi İsraillə heç-heçə edib
Azərbaycanın futbol üzrə amputant millisi Fransanın Evian şəhərində təşkil olunan Avropa çempionatında bu gün üçüncü matçına çıxıb.
Komanda.az xəbər verir ki, yığma komanda İsraillə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Milli ilk matçında İrlandiyaya (0:1), daha sonra isə Türkiyəyə (1:12) uduzub. İsrail isə həmin komandalara müvafiq olaraq 1:2 və 0:6 hesabı ilə məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin