ÇL: “Finalda belə şansları itirsən, sonda “Real” qalib gələcək”
Dortmund “Borussiya”sının baş direktoru Hans-Yoahim Vatske UEFA Çempionlar Liqasının final matçında “Real”a məğlubiyyətdən danışıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Vatske, finalda ələ düşən şansları itirdikdə, o zaman sonda “Real”ın qalib gələcəyini bildirib:
“Komanda yaxşı çıxış etdi və ilk hissədə qol vurmalı idi. Yaxşı çıxış etdik, futbolçuları qınamaq olmaz. Finalda belə şansları itirsən, o zaman sonda “Real” qalib gələcək. Onlar bunu artıq dəfələrlə ediblər”.
Final oyunu Londonda baş tutub və “kral klubu”nun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin