Laportanın Xavi ilə bağlı qərarı dəyişməyib
“Barselona”nın prezidenti Xuan Laportanın baş məşqçi Xavinin gələcəyi ilə bağlı mövqeyi dəyişməyib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Laporta hələ də mövsümün sonunda Xavini istefaya göndərməyi planlaşdırır. Xavinin klub prezidentinin bəzi qərarları və komandanın keyfiyyəti ilə bağlı sözləri Laportanın xoşuna gəlməyib.
Laporta hesab edir ki, Xavi komandasına kifayət qədər güvənmir, ona görə də “Barsa”ya fərqli baş məşqçi lazımdır. Amma Laportanın Xavini qovmaq fikrini dəyişə biləcəyi də istisna edilmir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin