“Nyukasl” 15 milyon avroya qapıçı almaq istəyir

Qapıçı Aaron Ramsdeyl 2023/2024 mövsümündə “Arsenal”ın start heyətində yerini David Raya ilə rəqabətdə uduzaraq itirib.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, yay transfer pəncərəsində 26 yaşlı qolkiper klubunu dəyişə bilər. “Nyukasl” qapıçı üçün 15 milyon funt-sterlinq (təxminən 17,5 milyon avro) ödəməyə hazırdır.

Ramsdeyl bu mövsüm müxtəlif yarışlarda “Arsenal”ın heyətində 11 oyun keçirib və 12 qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button