Xavi ilə “Barselona” rəhbərliyi arasında fikir ayrılığı yaranıb
“Barselona”nın baş məşqçisi Xavi ilə klub prezidenti Xuan Laporta və idman direktoru Deku arasında fikir ayrılığı yaranıb.
Komanda.az “Todofichajes” portalına istinadən xəbər verir ki, Xavi komandanı “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva ilə gücləndirmək istəyir. Lakin klub rəhbərliyi bu müqavilənin maliyyə baxımından çox baha başa gəldiyini düşünürlər. Laporta ilə Deku “Atletik”in hücumçusu Niko Uilyams və “Leyptsiq”in futbolçusu Dani Olmonu transfer etməyə daha çox meyillidirlər. Xavi Silvanı almaqda israrlıdır.
Daha əvvəl ispaniyalı mütəxəssisin növbəti mövsüm üçün Kataloniya klubunda qalmağa qərar verdiyi açıqlanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin