Qvardiola “Real”ın futbolçusunu təriflədi
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Real”ın yarımmüdafiəçisi Çud Bellingemin çıxışını şərh edib.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, o, ingilis futbolçunun çox bacarıqlı oyunçu olduğunu bildirib:
“O, 17 yaşında “Borussiya”da oynadı və mən dedim ki, bu, təkcə onun bacarığı deyil, həm də zəkasıdır. O, müstəsna oyunçuları və bir futbolçu üçün ən yaxşı mövqe tapmaqda inanılmaz bacarığı olan Karlo Ançelotti kimi məşqçisi olan bir kluba gəlib. Bellingem qollar, ötürmələr baxımından inanılmaz bir mövsüm keçirir. O, təkcə “Real” üçün deyil, İngiltərə milli komandası üçün də əladır. 19-20 yaşında onu böyük karyera gözləyir”.
20 yaşlı yarımmüdafiəçi ötən yay “Borussiya”dan (Dortmund) “Real”a keçib. O, bu müddət ərzində Madrid klubunun heyətində bütün yarışlarda 32 oyun keçirib, 20 qol vurub və 10 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin