“Xabi Alonso çox ağıllı insandır” – “Real”ın prezidenti

“Real”ın prezidenti Florentino Peres “Bayer”in baş məşqçisi Xabi Alonsoya rəğbətindən danışıb.

Komanda.az “The Here We GO Podcast”-a istinadən xəbər verir ki, klup prezidenti Alonsonun “kral klubu”nun baş məşqçisi olmaq üçün lazım olan hər şeyə sahib olduğuna inandığını bildirib:

“Real”da Xabi Alonsonun böyük bir fanatı var – Florentino Peres. İlk gündən ona aşiq idim, hətta futbolçu olanda belə. Üslubuna, indiki və gələcəklə bağlı fikirlərinə görə.

O, həmişə klubun sevimli oyunçularından və insanlarından biri olub və bu hiss davam edir.

Alonso çox ağıllı insandır. O, Karlo Ançelottinin əfsanəvi məşqçi olduğunu bilir və ona böyük hörmət bəsləyir. Lakin “Real”da hər il yeni bir hekayə olur. O, bilir ki, gələn yay klubda vəziyyət dəyişə bilər”.

Daha əvvəl Alonsonun cari mövsümün sonunda “Bayer”dən ayrılmayacağı və klubda fəaliyyətini davam etdirəcəyi bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button