Runinin əsas məqsədi

“Mançester Yunayted”in və “Everton”un sabiq hücumçusu Ueyn Runi gələcəkdə bu komandalardan birinə rəhbərlik etmək istəyindən danışıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, ingilis mütəxəssis bunları deyib:

“Mən mütləq məşqçiliyə qayıtmaq istəyirəm. “Birmingem”də uğursuz oldum, amma döyüşçüyəm və məşqçiliyə qayıtmaq istəyirəm. Məşqçinin işinin bir hissəsini uğursuzluqları əhatə edir. Əsas olan onunla necə davranmağınızdır.

Bəlkə də, “Birmingem”də təyin olunmağım üçün uyğun vaxt deyildi, azarkeşlər məni ilk gündən qəbul etmədilər. Amma mənim məqsədim İngiltərə Premyer Liqasında çalışmaqdır. “Mançester Yunayted” və “Everton” arzu olunan komandalardır. Ümid edirəm ki, növbəti 10 ildə planlar gerçəkləşəcək və mənim ən yaxşı mövqelərdən birini tutmaq imkanım olacaq”.

Runinin son iş yeri yanvarda qovulduğu “Birmingem” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button