Premyer Liqa klubunda ciddi itki

“Aston Villa” klubunun heyətində ciddi itki baş verib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin yarımmüdafiəçisi Bubakar Kamara sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Unay Emeri məlumat verib.

24 yaşlı futbolçu mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək. Onun sentyabr-oktyabr aylarında yaşıl meydanlara qayıdacağı gözlənilir.

“Aston Villa” Bubakar Kamaranı 2022-ci ilin yayında “Marsel”dən transfer edib. Fransalı futbolçu bu mövsüm Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 30 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button