Riberinin 2 həftəsi
Hazırda azad agent olan Frank Riberi gələcək karyerası ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, Almaniyanın “Bild” nəşrinə danışan fransız futbolçu, yeni klubunun 2 həftə ərzində bilinəcəyini deyib:
“Özümü yaxşı hiss edirəm. Hələ qərarımı verməmişəım. Yeni klubumun adına 2 həftəyə aydınlıq gələcək”.
Karyerası ərzində “Qalatasaray”, “Marsel” və “Bavariya” kimi klublarda forma geyinən Riberi, iyulun 1-dən azad agent statusu daşıyır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin