“Yuventus” türklə yeni müqavilə imzalayacaq
“Yuventus” vingeri Kənan Yıldızla müqavilə müddətini uzadacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli futbolçu ilə yeni sözləşmənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
18 yaşlı oyunçunun hazırkı sözləşməsi 2025-ci ilin iyununa qədərdir. Ona bir neçə klubun maraq göstərməsi Turin klubunu bu qərarı verməyə vadar edib.
Kənan Yıldız 2022-ci ilin yayında “Bayern”dən “qoca sinyora”ya keçib. O, bu mövsüm “Yuventus”un heyətində 9 oyuna çıxıb və 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin