Ronaldo “şəkil çəkilməsin” deyib,18 min funt-sterlinq ödədi FOTO
Mövsüm bitdikdən sonra istirahətə yollanan “Yuventus”un futbolçusu Kriştiano Ronaldo, otel işçilərinə verdiyi pulla gündəmə gəlib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ailəsi ilə birlikdə Yunanıstandakı otellərin birində istirahət edən portuqaliyalı hücumçu, otel işçilərinə bəxşiş verib. Belə ki, o, oteldə qaldığı müddətdə ailəsini jurnalistlərdən uzaq tutmaq və otelin içərisində heç bir fotonun çəkilməməsi üçün işçilərə 18 min funt-sterlinq ödəyib.
Bundan başqa, Ronaldonun sözügedən otelə bir gecə üçün 7000 funt-sterlinq ödədiyi deyilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin