“Bayern” “Arsenal”ın keçmiş futbolçusundan imtina edib
“Bayern” “Arsenal”ın sabiq müdafiəçisi Sokratis Papastatopulosla müvəqqəti müqavilə bağlamamaq qərarına gəlib.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, əvvəlcə Münhen klubunun rəhbərliyi yunan futbolçu ilə müqavilə bağlamaqda qərarlı olsa da, bir müddət sonra rəhbərlik uyğun oyunçu almaq üçün qış transfer pəncərəsini gözləmək qərarına gəlib.
Sokratisin son iş yeri “Olimpiakos”dur. Müdafiəçi bu il iyulun 1-dən klubsuzdur. O, ötən mövsüm Yunanıstan yığmasının heyətində bütün turnirlərdə 31 oyun keçirib və 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin