“Roma”dan futbolçularını müdafiə edən açıqlama
“Roma” müdafiəçisi Nikola Zalevski və yarımmüdafiəçisi Stefan El-Şaravinin mərc oyunlarında iştirak etməkdə ittiham edilməsi ilə bağlı açıqlama yayıb.
Komanda.az “Roma”nın mətbuat xidmətinə istinadən xəbər verir ki, klub hər iki futbolçuya öz dəstəyini ifadə edib:
“Klubun bəzi oyunçularının futbol mərcləri ilə əlaqədar araşdırmada iştirakı ilə bağlı son şayiələrə cavab olaraq, “Roma” nüfuzuna xələl gətirən fərziyyələrə məruz qalan Nikola Zalevski və Stefan El-Şaraviyə tam dəstəyini bildirir. Klub futbolçuların hər ikisinə tam güvənir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin