“Sanço ilə bağlı vəziyyət dəyişməyib” – Ten Haq
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın vingeri Ceydon Sanço ilə bağlı vəziyyətin dəyişmədiyini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis ingilis futbolçu ilə bağlı vəziyyətə əlavə şərh vermək istəməyib:
“Çox üzr istəyirəm, amma Sanço ilə bağlı vəziyyət dəyişməyib. O, komandanın bir hissəsi deyil. Bu məsələ ilə bağlı heç bir şərhim yoxdur”.
Sentyabrın 14-də klub rəhbərliyi Ten Haqla münaqişədən sonra Sançonun əsas komanda ilə məşqlərini dayandırdığını elan edib. Baş məşqçinin yalnız Sançonun ondan və komandadan üzr istəməsi şərti ilə futbolçunu məşqlərə qaytarmağa hazır olduğu bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin