Ten Haq münaqişə yaşadığı futbolçu haqda: “Hər şey ondan asılıdır”
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın oyunçusu Ceydon Sanço ilə münaqişəsindən danışıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, açıqlamasında belə deyib: “Hər şey ondan asılıdır”.
Daha əvvəl “Mançester Yunayted”in qış transfer pəncərəsində Sanço ilə ayrılmağa hazır olduğu bildirilirdi. Futbolçu Ten Haqdan üzr istəməkdən imtina etdikdən sonra ona əsas komanda ilə məşq etmək qadağan edilib.
Sentyabrın 3-də Sanço sosial şəbəkədə Premyer Liqanın 4-cü turunda “Arsenal”la oyunda (1:3) heyətdə yer almamasını məşqdə zəif çalışması ilə izah edən Erik ten Haqın sözlərinə cavab verib. Sanço baş məşqçinin dediklərini yalan adlandırıb. Yarımmüdafiəçi daha sonra bu yazını silib.
İngiltərəli hücumçu 2021-ci ildən “Mançester Yunayted”də çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilə qədərdir.
Bizi Facebook-da izləyin