Super Liqaya çıxardığı klubu elitanı tərk edənə dəyişdi

Türkiyənin “Akhisarspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, geridə qalan mövsümün yekununa görə Super Liqanı tərk edən Akhisar təmsilçisi Mehmet Altıparmakla anlaşıb.

Bu barədə klubun prezidenti Hüseyn Eryüksel açıqlama verib. O, sözügedən məşqçiylə 1+1 illik müqavilə imzalayacaqlarını bəyan edib.

Mehmet Altıparmakın son iş yeri “Qazişəhər Qaziantep” klubu olub. Hansı ki, o, bu komandanı Super Liqaya çıxarsa da, bir neçə gün öncə istefaya göndərilmişdi.

50 yaşlı mütəxəssis 2017/18 mövsümündə də “BB Ərzurumspor”u Super Liqaya çıxarmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button