“Biz təzyiqə tab gətirdik” – Pioli
“Milan”ın baş məşqçisi Stefano Pioli İtaliya A Seriyasının 3-cü turunda “Roma” ilə qarşılaşmada komandasının qələbəsi (2:1) haqda danışıb.
Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis komandasının çıxışından razı qaldığını deyib:
“Nəticə vacibdir, amma oyunun keyfiyyətindən tam razıyam. Düşünürəm ki, rəqibin oyuna qayıtmasının yeganə yolu var idi: bizə qarşı çoxluqda oynamaq. Belə də oldu, amma biz təzyiqə tab gətirdik. Biz oyundan razıyıq, lakin nəyin təkmilləşdirilməsi lazım olduğunu da bilirik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin