Yekaterinburqda ilk medal

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında taekvondo yarışlarına start verilib.

Komanda.az xəbər verir ki, ilk gün Azərbaycan milli komanda üçün uğurlu alınıb.

Yığmamızın heyətində Pərviz İsgəndərov (63 kq) fəxri kürsüyə yüksəlib. O, 1/4 finalda rusiyalı Kiril Kimi 2:0 hesabı ilə məğlub edib. Teakevondoçumuz yarımfinalda da ev sahibi ilə qarşılaşıb. Finala gedən yolda Sergey Kirsanov 2:0 hesabı ilə qələbə qazandığından İsgəndərov bürünc medala layıq görülüb.

Qeyd edək ki, bu gün dayanq üzərinə çıxan digər taekvondoçularımızdan Səyyad Dadaşov (54 kq), Vaqif Hacıyev (68 kq) və Eltac Qafarov (80 kq) finala vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button