Azərbaycan millisi dünya birinciliyinə 11 taekvondoçu ilə yollandı
Yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək dünya birinciliyinə yollanıb.
Azərbaycan Taekvondo Federasiyasından Komanda.az-a verilən məlumata görə, yığma avqustun 28-də startı veriləcək mundialda 11 idmançı ilə mübarizə aparacaq.
Baş məşqçi Rəşad Məmmədov və böyük məşqçi Vurğun Cəfərovun sərəncamında 6 oğlan, 5 qız taekvondoçu olacaq. İlknur Əlimov (148 sm), İlyas Hətəmli (156 sm), Novruz Əliyev (160 sm), Əliheydər Quliyev (164 sm), Səfər Əlizadə (172 sm), Tamerlan Yaqubov (180 sm), Leyla Kərimova (152 sm), Humay Dadaşova (156 sm), Şəms Əlizadə (160 sm), Nilufər Borji (168 sm) və Fatimə Həsənova (172 sm) dayanq üzərinə çıxacaqlar.
Dörd gün davam edəcək turnir zamanı komandaya federasiyanın vitse-prezidenti Hikmət Səmədov rəhbərlik edəcək. Milli sentyabrın 1-də Bakıya dönəcək.
Bizi Facebook-da izləyin