“Qarabağ”lı üçün 90 dəqiqə
Futbol üzrə Haiti yığma komandası KONKAKAF “Gold Cup” turnirində ilk oyununu keçirib.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Donald Geryenin formasını geyindiyi sözügedən komanda Bermuda ilə qarşılaşıb. Görüş Haitinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Gerye də bu oyunun iştirakçısı olub. Ağdam klubunun üzvü start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 76-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin