Keçmiş futbolçu “Mançester Yunayted”in yarımmüdafiə xəttini bəyənmir
Keçmiş futbolçu Cimi Karrager “Mançester Yunayted”in yarımmüdafiə xəttində ciddi problemlər yaşadığını deyib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, klubda səhv qərarların qəbul edildiyini bildirib:
“Onların yarımmüdafiə xəttini bəyənmirəm. Fikrimcə, səhv qəbul edilən qərarlar var. Baş məşqçi Erik ten Haqın futbolçulardan istəyi mövcud imkanlar əsasında olmalıdır”.
“Qırmızı şeytanlar” İngiltərə Premyer Liqasının 2023/24 mövsümündə bir qələbə qazanıb, bir dəfə isə məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin