Coşqun oynadı, Bəxtiyar yenə ehtiyatda qaldı

Türkiyənin 1-ci liqasında 2-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” bu turda “Göztəpə”ni qəbul edib.

Diniyev qolsuz bitən bu oyuna (0:0) start heyətində başlayıb və 90+1-ci dəqiqədə əvəzlənib.

Digər azərbaycanlı futbolçu – Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” isə “Altay”ın qonağı olub və 0:1 hesabıyla uduzub. Həsənalızadə bu görüşü də sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button