MY Hoylundun transferini açıqlayacaq – Bu gün

“Atalanta”nın hücumçusu Rasmus Hoylund “Mançester Yunayted”ə keçməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” bu gün onu transfer etdiyini ictimaiyyətə elan edə bilər. Rəsmi təqdimat “Lans”la yoldaşlıq görüşündən öncə baş tutacaq.

Hoylund ötən ilin avqustundan “Atalanta”da çıxış edir. O, 2022/23 mövsümündə İtaliya klubunda 34 matçda 10 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button