“Kəpəz” ötən ay transfer etdiyi müdafiəçi ilə vidalaşdı

“Kəpəz” ötən ayın sonlarında heyətinə qatdığı Bəxtiyar Həsənalızadə ilə vidalaşıb.

Komanda.az xəbər verir ki, 31 yaşlı müdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.

Azərbaycan millisinin müdafiəçisi ilə Gəncə təmsilçisi arasında bağlanan müqavilədə ölkə xaricindən təklif gələcəyi halda sərbəst qalacağı barədə bənd yer aldığından, anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib.

Bəxtiyar Həsənalızadə “Kəpəz”ə azad agent kimi getmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button