İnzaqi Lukaku haqda: “Bu hekayə fərqli bir sona layiqdir”
“İnter”in baş məşqçisi Simone İnzaqi Romelu Lukakunun komandaya mümkün qayıdışına münasibət bildirib.
Komanda.az TMW-yə istinadən xəbər verir ki, İnzaqi, belçikalı forvardın “Yuventus”la danışıqlar aparmasından narazılığını hiss etdirib:
“Lukakunun qayıdışı? Bu hekayə fərqli bir sona layiqdir”.
“İnter” Lukakunun “Yuventus”un təklifini nəzərdən keçirmək istəyindən məyus olub. Bir müddət əvvəl “İnter” azarkeşləri Lukakunun “Yuventus”a mümkün keçidi ilə bağlı açıqlama yaymışdılar. Turin təmsilçisinin fanatları da 30 yaşlı futbolçunun transferinə müsbət münasibət göstərməyiblər.
Hazırda “Çelsi”yə məxsus olan Lukaku 2022/23 mövsümünü icarə əsasında “İnter”də keçirib. O, bütün turnirlər daxil olmaqla 37 oyuna çıxıb, 14 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin