“Bavariya”nın Verner planı
“Bavariya”nın “Leyptsiq”in forvardi Timo Verneri heyətinə qatmaq istədiyini xəbər vermişdik.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen klubu “Leyptsiq”in 50 milyon avro tələb etdiyi futbolçuyla bağlı qərarını verib. “Bavariya”nın bu transferi bitirmək üçün növbəti ili gözləyəcəyi və müqaviləsi bitəcək futbolçunu azad agent kimi transfer edəcəyi bildirilir.
Bundan başqa, “Leyptsiq”in alman futbolçu ilə müqaviləni uzatmaq üçün danışıqlara başladığı və tərəflər arasında razılıq əldə olunmazsa, klubun Vernerin transfer məbləğində güzəştə gedəcəyi deyilir.
“Ştutqart”ın yetirməsi olan Verner, son mövsümdə iştirak etdiyi 37 oyunda 19 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin