Azərbaycanlı futbolçunun Ukraynada yeni klubu bəlli oldu

Bir neçə gün öncə Ukraynanın “Aleksandriya” klubundan ayrılan Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Emil Musatafayevin yeni komandası müəyyənləşib.

Komanda.az xəbər verir ki, 21 yaşlı futbolçu bundan sonra Ukraynanın “Polesye” klubunun uğurları üçün çalışacaq.

Bu barədə Premyer Liqaya yenicə vəsiqə qazanmış klub rəsmi saytı vasitəsilə məlumat yayıb. 21 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

“Aleksandriya”nın yetirməsi olan Mustafayev 2021-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. O, Azərbaycanın U-21 yığmasında 3 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button