Super Liqaya yüksəldi, baş məşqçisi ilə vidalaşdı
Türkiyənin “Qazişəhər Qaziantep” klubu baş məşqçisi Mehmet Altıparmakla vidalaşıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
50 yaşlı mütəxəssisin klubla müqaviləsinin müddəti başa çatıb. Amma ona yeni müqavilə təklif olunmayıb. Halbuki o, bu komandanı geridə qalan mövsümdə TFF 1-ci liqadan Super Liqaya çıxarmışdı.
Mehmet Altıparmak “Qazişəhər Qaziantep” komandasını 2018-ci ilin oktyabr ayından çalışdırırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin