Gürcüdən “Napoli” azarkeşlərini arxayınlaşdıran açıqlama
“Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya gələcək karyerası haqda fikirlərini bölüşüb.
Komanda.az DAZN-a istinadən xəbər verir ki, o, “Napoli” azarkeşləri sənin bu klubda qalacağından əmin ola bilərlər” sualını belə cavablandırıb:
“Əlbəttə, əmin ola bilərlər. Mən “Napoli”ni sevirəm”.
Xviça 2022/23 mövsümündə İtaliya A Seriyasında ən yaxşı oyunçu adına sahib olub. Xatırladaq ki, o, ötən ilin yayında “Dinamo”dan (Batumi) Neapol təmsilçisinə keçib.
22 yaşlı futbolçu bu mövsüm neapolluların heyətində 33 oyuna çıxıb, 12 qol vurub və 13 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin