“Yuventus”un futbolçusuna 5 illik müqavilə+5 milyon avro təklifi

“Yuventus”un portuqaliyalı müdafiəçisi “Mançester Siti”nin maraq dairəsindədir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər”, Turin təmsilçisinin 25 yaşlı futbolçusu Joao Kanselonu heyətinə qatmaq üçün hərəkətə keçib. Mançester klubu ilkin danışıqlarda portuqaliyalı futbolçuya illik 5 milyon avro olmaqla müqavilə təklif edib. Bu müqavilənin 2024-cü ilədək nəzərdə tutulduğu bildirilir.

Joao üçün mübarizədə “Mançester Siti”nin əsas rəqibinin “Mançester Yunayted” olduğu deyilir.

“Qoca sinyora” ilə 2023-cü ilədək müqaviləsi olan Kanselo, bu mövsüm iştirak etdiyi 34 oyunda 1 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button