Bundesliqada ayın oyunçusu məlum olub
“Borussiya”nın (Dortmund) hücumçusu Donyell Malen Almaniya Bundesliqasında aprel ayının ən yaxşı oyunçusu seçilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, səsvermədə Jeremi Frimponqu, Mussa Diabini (hər ikisi “Bayer”), Joşa Vaqnomanı (“Ştutqart”) və Timo Verneri (“Leyptsiq”) qabaqlayıb.
Niderlandlı forvard ötən ay Bundesliqada keçirdiyi 5 matçda 5 qol vurub.
Xatırladaq ki, ardıcıl dördüncü dəfə Dortmund təmsilçisinin oyunçusu Almaniya çempionatında ayın oyunçusu seçilib: yanvar və fevralda Yulian Brandt, martda isə Rafael Gerrero.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin